XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

10 Fevral 2018 - 12:34

Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş torpaqlarınıziyarət ediblər

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına səfər ediblər.

Bu barədə "Report" "News.am" portalına istinadən xəbər verir.

Səfər zamanı vasitəçilər Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda yaradılmış qeyri-qanuni separatçı rejimin nümayəndəsi Bako Saakyan ilə görüşüblər.