XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

10 Fevral 2018 - 14:07

Bakıda yeni “Şəbəkə” mərkəzi- Kommunal, mobil, rabitə və digər xidmətlər üzrə ödəniş etmək mümkün olacaq

Yaxın günlərdə Yasamal rayonunda "Azərpoçt"un yeni xidmət mərkəzi – "Şəbəkə" vətəndaşların istifadəsinə veriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, ilk “Şəbəkə” 2017-ci il fevralın 10-da istifadəyə verilib.

Mərkəzlərdə müştərilər “EgovPay” – ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş edə bilərlər.

Xidmət mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir.

Mərkəzlər fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda, şənbə və bazar günləri xidmət göstərir. “Şəbəkə”yə məxsus “123” saylı “Çağrı mərkəzi” isə həftə içi 8:00-dan 20:00-dək, şənbə günü 9:00-dan 19:00-dək, bazar günü isə 9:00-dan 18:00-dək daxil olan bütün sorğuları qəbul edir.

Hazırda respublika üzrə 6 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü Bakıda, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir. Sumqayıt şəhərində də ilk “Şəbəkə” xidmət mərkəzi açılacaq.

Növbəti mərhələdə “Şəbəkə” mərkəzlərinin respublikanın digər ərazilərində də yaradılması istiqamətində işlər davam etdiriləcək. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pulköçürmələri, büdcə, kommunal, İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.