XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2018 - 16:15

AZAL-ın Moskva-Bakı reysi yubanır- Texniki nasazlıqla əlaqədar

Texniki nasazlıq ilə əlaqədar olaraq Azərbaycan Hava Yollarının J2-808 Moskva (VKO) – Bakı (GYD) reysi yubanır.

Azərtac xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, texniki nasazlıq uçuşdan sonra aşkarlanıb və bununla əlaqədar olaraq hava gəmisinin komandiri "Vnukovo" hava limanına qayıtmaq barədə qərar qəbul edib.

Bu reysin sərnişinləri Bakıya daha tutumlu təyyarə ilə – bugünkü J2-809 reysi ilə göndəriləcək.

Bakı vaxtı ilə planlaşdırılmış uçuş vaxtı saat 16:30 Yerli vaxtla "Vnukovo" aeroportuna eniş isə Yerli saat 18:40-da nəzərdə tutulub

Qeyd edilib ki, lazım gələrsə aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinlərinin bütün lazımi ehtiyacları təmin olunacaq.

Aviaşirkət yaranan narahatlığa görə üzr istəyir.