XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

10 Fevral 2018 - 19:05

Ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə bərpa olunmasınanəzarət gücləndiriləcək

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası 2018-2019-cu illərdə Azərbaycan Respublikasında mövcud demoqrafik meyllərə və inkişaf perspektivlərinə, ölkənin iqtisadi prioritetlərinə əsaslanaraq səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş institusional islahatları müəyyən etməklə, Məşğulluq Konsepsiyasının qəbul edilməsinə nail olmaq öhdəliyini öz üzərlərinə götürüblər.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanan 2018-2019-cu illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatları sahəsində 2018-2019-cu illər üzrə götürdükləri öhdəliklər sırasında gənclərin məşğulluq imkanlarını artırmağa, onların kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar sisteminin təkmilləşdirilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə, tələbə və şagirdlərin, gənc işçilərin və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə istiqamətləndirilən tədbirləri həyata keçirmək,  ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmaq, məşğul, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə beynəlxalq təcrübəyə əsaslanan işsizlikdən  sığorta sistemini  formalaşdırmaq və tətbiqini həyata keçirmək, işçilərin əmək hüquqlarını davamlı surətdə təmin etmək məqsədi ilə əsassız olaraq müddətli müqavilələrin bağlanılmasına yol verməmək, gənclərin, sosial müdafiə və xüsusi qayğıya ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən əhali qruplarının, əmək bazarına inteqrasiya olunmasının dəstəklənməsi istiqamətində işləri davam etdirmək, valideyn himayəsindən məhrum olub, dövlət uşaq müəssisələrində yaşayan uşaqların oranı tərk etdikdən sonra təhsil almasına və iş yeri ilə təmin olunmasına köməklik göstərmək, mövcud iş yerlərinin saxlanılmasını və layiqli yeni iş yerlərinin yaradılmasını təmin edən işəgötürənlər üçün həvəsləndirici tədbirləri genişləndirmək, əhalinin, xüsusilə işaxtaran və işsiz vətəndaşların məlumatlandırılması istiqamətində reklam-informasiya işini genişləndirmək, yeni yaradılmış iş yerləri haqqında təfsilatlı informasiya bazasını yaratmaq və geniş ictimaiyyətə çatdırmaq, əmək bazarının məşğulluq və işsizlik səviyyəsinin real vəziyyətinin düzgün qiymətləndirilməsi məqsədi ilə iqtisadi zonalar üzrə təhlil işlərini davam etdirmək, ali, orta ixtisas, ilk peşə-ixtisas və ümumi təhsil müəssisələrinin tələbə və şagirdlərinə əmək qanunvericiliyinin əsasları üzrə mühazirələr oxunmasını təşkil etmək, Beynəlxalq Əmək Təşkilatının 1988-ci ildə qəbul olunmuş “Məşğulluğa köməklik və işsizlikdən müdafiə haqqında” 168 nömrəli Konvensiyasının ratifikasiya imkanlarını araşdırmaq, əməkçi miqrantların hüquqlarının müdafiəsi üzrə dövlətlərarası əməkdaşlığı həyata keçirmək, ölkələrarası sazişlərin bağlanılması təcrübəsindən istifadə etmək, sosial infrastrukturyönlü işlərin inkişaf etdirilməsi, xalq tətbiqi sənətinin dirçəldilməsi və inkişafı, turizm istirahət zonalarının yaradılması və bu sahələrə investisiyaların artırılması hesabına əhalinin məşğulluq səviyyəsinin artırılması, MDB ölkələri üçün təsdiq olunmuş ümumi əmək bazarının formalaşdırılması və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsi üzrə prioritet tədbirlərdə iştirak etmək də var.