XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2018 - 19:20

Futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatdı- Oyunlardakı hesablar

Fevralın 10-da futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsinə yekun vurulub.

Azərtac  xəbər verir ki, XV tura “Zirə”-“Sumqayıt” oyunu ilə start verilib.

Zirə İdman Olimpiya Kompleksində keçirilən oyunda hesabı qonaq komanda açıb. Matçın 35-ci dəqiqəsində Tural Axundov hesabı açıb. Dörd dəqiqə sonra “Zirə”nin futbolçusu Vüsal İsgəndərli hesaba tarazlıq gətirib.

Komandaların cəhdlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib.

Beləliklə, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Günün növbəti görüşü “Qarabağ” və “Qəbələ” komandaları arasında “Azərsun Arena”da keçiriləcək.

Tura fevralın 11-də oynanılacaq “Keşlə”-“Səbail” və “Neftçi”-“Kəpəz” qarşılaşmaları ilə yekun vurulacaq.

Turnir cədvəlinə 37 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 32 xalla ikinci, “Zirə” 31 xalla üçüncü, “Sumqayıt” 21 xalla dördüncü, “Neftçi” 16 xalla beşinci pillədə qərarlaşıb.