XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

11 Fevral 2018 - 11:44

Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonlar alınıb- Kupelərdə kondisioner və Wi-Fi olacaq

Bakı-Tbilisi-İstanbul-Aleksandropolis-Vyana marşrutu ilə ilk sərnişin qatarı 2018-ci ilin mayında yola düşəcək.

Artıq Azərbaycan Fransanın “Stadler Rail Group Alstom” firmasından 64 ədəd sərnişin vaqonu alıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, vaqonlar Gürcüstan-Türkiyə sərhədindəki Axalkalaki rayonunda bu vaqonlar qısa zamanda yeni xətlərə keçiriləcək.

Məlumata görə, yeni vaqonlar yüksək keyfiyyətli, komfortludur. İki nəfərlik kupelərdə kondisioner və Wi-Fi olacaq.

Qatarda həmçinin restoran və bar fəaliyyət göstərəcək.