XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

11 Fevral 2018 - 13:27

Kiyevdə Çernobıla getmək istəyən azərbaycanlı ekstremal saxlanılıb- FOTO

 

Kiyevdə Çernobıl AES-nin qadağan olunmuş şüalanma zonasına getmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti (UDSX) məlumat yayıb.

Bildirilir ki, 39 yaşlı azərbaycanlı ekstremal UDSX və polis əməkdaşlarının birgə əməliyyatı nəticəsində tutulub.

"Xarici ölkə vətəndaşı qanunsuz olaraq Çerobıl AES-nin şüalanma zonasına getmək istəyib", — deyə məlumatda qeyd olunur.

Faktla bağlı Bakı sakini barəsində radiasiya təhlükəsizliyi rejimi tələblərini pozduğuna görə prosessual sənəd tərtib olunub.

Çernobıl AES Ukraynanın paytaxtı Kiyevin 100 kilometr şimalında, Pripyat qəsəbəsinin yaxınlığındakı ağaclıq və bataqlıq bölgədə yerləşir.