XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

11 Fevral 2018 - 18:48

Daha bir nəhəng şirkət elektrikavtomobili istehsalına başlayır

Almaniyanın “Porsche” avtomobil konserni elektromobillərin istehsalı üçün xərcləri artırmaq niyyətindədir.

Yaxın illərdə bu sahəyə yönəldiləcək vəsaitin miqdarı nəzərdə tutulan 3 milyard avro əvəzinə 6 milyard avro təşkil edəcək.

AzərTAc xəbər verir ki, bu barədə “Porsche”nin rəhbəri Oliver Blume məlumat verib. O deyib ki, 2020-ci ilədək vəsaitlər istər hazırda istehsalda olan “Porsche” modellərinin ekektirkləşdirilməsinə, istərsə də yeni elektromobillərin yaradılmasına sərf olunacaq. 2019-cu ilin sonunadək “Mission E”nin elektrik modelinin buraxılması nəzərdə tutulur. İlk mərhələdə alman Suffenxauzenində illik 20 min elektromobil istehsal olunacaq. Digər elektromobillər Leypsiq zavodunda buraxılacaq.

2016-cı ildə “Porsche”nin dövriyyəsi 22,3 milyard avro olub. Mart ayında 2017-ci ilin məlumatı açıqlanacaq.