XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

15 Aprel 2015 - 17:10

Drezdendə antiislam çıxışları davam edir

Merkel: “İslam alman həyatının tərkib hissəsidir”

Bu gün Drezdendə Avropanın islamlaşmasına qarşı növbəti çıxışlar baş verib.

Strateq.az “Der Spiegel” dərgisinə isnadən xəbər verir ki, bu cür aksiyalar Almaniyanın Berlin, Hannover, Kassel şəhərlərində də planlaşdırılıb.

Almaniya kansleru Merkel isə bildirib ki, “İslam alman həyatının tərkib hissəsidir. Mən haradan gəlməsindən və hansı dinə etiqad bəsləməsindən asılı olmayaraq bütün almaniyalıların kansleriyəm”.

Angela Merkelin sözlərinə görə, Almaniya hökuməti mühacirlərin, o cümlədən müsəlmanların alman cəmiyyətinə ağrısız inteqrasiya edilməsi üçün hər şeyi edəcək.