XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 February 2018 - 19:32

Prezident 15 uşaq bağçasının tikintisi üçün sərəncam imzaladı –Rayonların SİYAHISI  

Prezident İlham Əliyev fevralın 12-də “Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, əhalisi 306 min nəfərdən çox olan 15 şəhər və rayonda, ümumilikdə, 1230 yerlik 15 uşaq bağçasının tikintisi məqsədi ilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.43.7-ci yarımbəndində göstərilmiş məbləğin 19 milyon 577 min manatı Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə ayrılıb.