XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

13 Fevral 2018 - 11:34

“245 nəfər vakansiya seçimini edib” –Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə elan edilmiş növbəti müsabiqələrin vakansiya seçimi yekunlaşıb.

Bu barədə idarədən verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqələrin test imtahanlarında müəyyənləşdirilmiş keçid balını toplayan namizədlərdən 245 nəfəri vakansiya seçimini edib: "Onlardan 35-i gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 60-ı uşaq birliyi təşkilatı rəhbəri, 150-si laborant olmaq istəyən şəxslərdir".