XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

13 Fevral 2018 - 14:19

“Bələdiyyə sədrləri əksər vaxtlarda bu vəzifəni icra edə bilmir” –Deputat

"Azərbaycanın bölgələrində bələdiyyə sədri təyin olunan şəxslər əksər vaxtlarda bu vəzifəni icra etməyə hazır olmurlar".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Elmira Axundova bildirib.

E.Axundova deyib ki, buna görə də bələdiyyə sədrləri təlimlərə cəlb edilməlidir: “Düzdür, ötən il təlimlərin sayı art;b. Ancaq tədris kursları artırılmalıdır. Ötən ilki hesabatdan məlum olur ki, bələdiyyələrdən şikayətlər artsa da, əsaslandırılmış şikayətlərin təmin edilməsi halları azalıb. Vətəndaşların əsaslandırılmış müraciətlərinin nə üçün həllini tapmamasına cavab verilməlidir”.

Millət vəkili onu da əlavə edib ki, bələdiyyələrin problemlərinin başlıca səbəbi onların icra hakimiyyətlərindən asılı olmalarıdır/Teleqraf.com