XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2018 - 17:56

Fransada qızılca epidemiyası yayılıb –213 xəstəxanaya yerləşdirildi, 1 nəfər öldü

Fransanın Yeni Akvitaniya regionunda yayılan qızılca epidemiyası səbəbilə bir nəfər ölüb, 200 nəfərdən çox şəxs isə bu virusa yoluxub.

"RİA Novosti" xəbər verir ki, "France 3 Nouvelle Aquitaine" telekanalı 2017-ci ilin noyabrından etibarən epidemiyanın 213 adama təsir etdiyini, Puatye xəstəxanasında bir xəstənin öldüyünü məlumat verib.

Bildirilib ki, 57 nəfər – xəstəliyə yoluxanların, demək olar ki, dörddə biri xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qızılca kəskin yoluxucu virus xəstəliyidir. Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı, papulyoz-ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır. Xəstəliyin yayılmasının qarşısının alınması üçün əsas amil peyvənddir/Report.