XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

03 Mart 2015 - 09:51

İntiqam Əliyevin məhkəməsində əlbəyaxa dava – FOTOLAR
İntiqam Əliyevin məhkəməsində əlbəayaxa dava baş verib - FOTOLAR

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesi zərərçəkmiş Gülşən Orucovanın İntiqam Əliyevin vəkillərinin suallarına cavab verməsi ilə başladı. Zərərçəkən əksər suallara cavab verə bilmədiyindən hakim onlardan bəzilərini əngəlləyirdi.
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, məhkəmə prosesində zərərçəkənin hüquqi nümayəndəsi Nemət Heydərovla müdafiə tərəfinin vəkilləri arasında əlbəyaxa qarşıdurma baş verib. Polislər və İntiqam Əliyev baş verənlərə müdaxilə etmək məcburiyyətində qalıb.
Davaya səbəb hüquqi nümayəndənin zərərçəkmişə hər suala cavabda kömək etməsi olub. Yaranmış gərginlikdən sonra hakim vəkillərin suallarını yarımçıq kəsib.
İntiqam Əliyev məhkəmə prosesinin gedişi zamanı baş verənlərə “Məni ifşa edin, bacarırsınızsa ifşa edin!” replikasıyla reaksiya verib.
İntiqam Əliyevin məhkəmə prosesində saat 14:30-a qədər fasilə elan edilib.