XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 February 2018 - 16:41

Ən sürətli 4G-modemi təqdim olunub

ABŞ-ın “Qualcomm” şirkətinin mütəxəssisləri ən sürətli 4G-modemini hazırlayıblar. Qurğunun iş prinsipi yeddi nanometrlik texnoloji prosesə əsaslanır.

Azərtac “vladtime.ru” saytına istinadla xəbər verir ki, “Snapdragon X24 LTE” adlı modem 20 LTE kateqoriyasında işləyən ilk qurğu hesab olunur. Modemin yüklənmə sürəti saniyədə iki giqabayt təşkil edir. Qurğunun sürəti fiber-optik kabelin göstəricilərini iki dəfə ötür. Çip müasir “MIMO” və “Licensed Assisted Access” standartlarını dəstəkləyir.

İstehsalçıların sözlərinə görə, “Snapdragon X24 LTE” əsl texnoloji sıçrayışdır. İstifadəçiləri böyük sürətlə təmin edən çip olduqca kiçik ölçüləri ilə fərqlənir. Hələlik qurğunun satışa çıxarılma tarixi və qiyməti barədə məlumat verilmir.