XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

20 Fevral 2018 - 10:00

Rezidenturaya sənəd qəbulu davam edir –511 nəfər elektron ərizəsini təsdiqləyib

 

2018/2019-cu tədris ili üçün rezidenturaya sənəd qəbulu davam edir.

Strateq.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbəır verir ki, Azərbaycan bölməsi üzrə 438, rus bölməsi üzrə 73, ümumilikdə 511 nəfər elektron ərizəsini təsdiqləyib. 

Qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd  fevralın 22-dək mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet”  yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. 

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 22-si saat 23:59-dək mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurmalı və təsdiqləməlidir.