XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

20 Fevral 2018 - 10:48

Bayıldan köçürülən sakinlərə kirayə pulları ödənilməyə başladı –İcra Hakimiyyətindən açıqlama

"Bayıl sürüşmə zonasından köçürülən sakinlər bu gündən etibarən kirayə pullarını ala bilərlər".

Bunu Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov deyib.

O bildirib ki, Bayıl sürüşmə zonasından köçürülən 67 ailə kirayə pulu almaq üçün sənədlərini təqdim edib: "Sənəd təqdim edən şəxslərə bu gün kartlar veriləcək. Kartı olan şəxs banka gedib onun hesabına köçürülən məbləği ala bilər".

Şöbə müdiri qeyd edib ki, qalan şəxslərə də sənədlərini təqdim etmələri ilə bağlı dünən xəbərdarlıq edilib/Report.