XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

20 Fevral 2018 - 12:58

Deputatlar daha 10 qanunu müzakirəyə çıxaracaq –Pensiyalarla bağlı

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Əmək və sosial siyasət komitəsinin birgə iclası keçirilib.

İclasda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunlarına, o cümlədən Seçki Məcəlləsinə dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

Bildirilib ki, bu qanunlar “Əmək pensiyaları haqqında” qanuna uyğunlaşdırılır.

Sonda dəyişiklik layihələri plenar iclasa tövsiyə olunub/Report.