Bakıda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin inzibati binasında baş vermiş yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmnə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, binada yanğınla bağlı məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib.
Yanğının qarşısı tam alınıb və söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb/Trend.