XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

20 Fevral 2018 - 21:32

Rusiyanın nə qədər əhalisi var? –Statistika açıqlandı

Ötən il Rusiya əhalisinin sayı 77 400 nəfər və ya 0,05% artaraq 146,9 mln. nəfər təşkil edib. 

Rusiya Statistika Komitəsinin ("Rosstat") illik hesabatına əsasən, 2016-cı ildə ölkə əhalisi 259 700, 2015-ci ildə isə 277 400 nəfər artıb.

Hesabatda bildirilir ki, Rusiya əhalisinin təbii azalması 2017-ci ildə 134 400 nəfər təşkil edib. Bu göstərici 2016-cı ildə 5 400, 2015-ci ildə isə 32 700 nəfər artım göstərib.

Miqrasiya Rusiya əhalisinin təbii azalmasını 57,6% üstələyib. 2017-ci ildə Rusiyaya 212 000, 2016-cı ildə 262 000, 2015-ci ildə isə 246 000 insan köçüb/Report.