XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

20 Fevral 2018 - 22:47

İranda təyyarə qəzasında ölənlərin 30-nun cəsədi tapılıb:"Ərazidə 100-dən çox xilasedici işləyir"

İranda xilasedicilər təyyarə qəzası qurbanlarının 30-nun cəsədini aşkar ediblər.

Bu barədə "Press TV" xəbər verib.

Bildirilir ki, pis hava şəraiti səbəbindən cəsədlərin daşınmasına yalnız çərşənbə günü başlanılacaq.

Həlak olanların cəsədlərinin çıxarılması işləri 4,500 metr yüksəklikdə aparılır. Qar örtüyünün hündürlüyü təxminən 2 metr təşkil etdiyindən xilasedicilər çətinlik çəkirlər. Qəza yerində 100-dən çox xilasedici işləyir, axtarışa həmçinin 7 vertolyot cəlb edilib.

Qeyd edək ki, "Aseman Airlines" şirkətinə məxsus, Tehrandan Yasuca üçan "ATR-72" sərnişin təyyarəsi ötən bazar günü qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə 6 heyət üzvü də daxil olmaqla, 66 nəfər olub. Onlar hamısı qəzada həlak olub/Report.