XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

20 Fevral 2018 - 22:55

Türkiyənin Moskvadakı səfirliyinə şübhəli məktub göndərildi –FHN yoxlama aparıb

Türkiyənin Moskvadakı səfirliyinə içərisində ağ toz şəkilində maddə olan şübhəli məktub göndərilib.

Məktub araşdırılması üçün Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri İdarəsinə göndərilib.

Məktubun kim tərəfindən səfirliyə göndərildiyi bilinmir.

Məktubu alan səfirliyin əməkdaşları şübhələndikləri üçün onu laboratoriyada radiasiya və kimyəvi maddələri aşkar etmək üçün nəzərdə tutulan cihazda yoxlayıblar.

Məktubda insan həyatı üçün təhlükəli maddə olmadığı müəyyən edilib.

Bununla belə məktub araşdırılması üçün aidiyyəti üzrə təhvil verilib/Teleqraf.com.