XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

20 Fevral 2018 - 23:16

Azərbaycanda iki dərmanın satışı qadağan edildi –Allergik reaksiya və şok riskinə görə

derman-44.jpg

Həddindən çox allergik reaksiyalar və anafilaktik şok verdiyinə görə "Bioporoks" və "Sonofaks" kimi dərman vasitələrinin satışı qadağan edilib.

Bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət sektorunun müdiri Elmin Quliyev bildirib ki, ötən ilin yekunlarına görə 150-yə yaxın dərman vasitəsinin əlavə təsiri haqqında bildiriş əldə edilib.

Bu ilin yanvarında isə 150-dən artıq dərman vasitəsi haqqında məlumat verilib.

Şöbə müdirinin dediyinə görə, Azərbaycana daha çox Avropa ölkələrindən dərman vasitələri idxal edilir. Sonrakı yerləri Rusiya, MDB ölkələri, Türkiyədən gətirilən dərmanlar tutur. E.Quliyevin sözlərinə görə, Banqladeş və Hindistandan da dərmanlar gətirilsə də, onların sayı o qədər də çox deyil/Trend.