XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 February 2018 - 10:45

Bakının bəzi yollarında sürət həddi aşağı salınıb- Yağışlı hava ilə əlaqədar

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı – Heydər Əliyev prospekti – Buzovna dairəsinədək və Zığ dairəsi – Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi saatda 20 kilometr endirilib.

Bu barədə Azərtac-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Eyni zamanda, elektron lövhələrə “Sürüşkən yol” işarəsi qoyulub. Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

BNA sürücülərə yollardakı sürət həddinə əməl etmələrini tövsiyə edir.