XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

21 Fevral 2018 - 19:46

“Maxaçqala” Aeroportu Azərbaycana birbaşamüntəzəm reyslər açmaq istəyir

“Maxaçqala” Beynəlxalq Aeroportu Azərbaycan, Gürcüstan və Qırğızıstana müntəzəm reyslər təşkil etmək üçün bir neçə aviadaşıyıcı ilə danışıqlar aparır.

Az'rtac xəbər verir ki, aeroportun mətbuat xidmətinin məlumatına görə, Azərbaycan, Gürcüstan və Qırğızıstana birbaşa reyslər açmaq planlaşdırılır. “Maxaçqala” Beynəlxalq Aeroportu” Səhmdar Cəmiyyətinin baş direktoru Arsen Pirmaqomedov deyib: “Biz respublikamızla ənənəvi olaraq Dağıstan xalqlarının və qonşu respublikaların diasporunun yaşadığı, Dağıstan ilə işgüzar əlaqələrdə və qarşılıqlı iqtisadi münasibətlərdə maraqlı olan Azərbaycan, Gürcüstan və Qırğızıstan arasında hava əlaqəsi yaratmaq istəyirik”.

Hazırda “Maxaçqala” Aeroportundan üç beynəlxalq istiqamətdə – Qazaxıstan, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri istiqamətlərində reyslər həyata keçirilir.