XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 11:58

Dənizdə qarşılıqlı fəaliyyət üzrə komanda və nəzarəti gücləndirmək… –Hərbi Dəniz Qüvvələrində İşçi Qrupunun üzvləri görüşdü

Dənizdə qarşılıqlı fəaliyyət üzrə komanda və nəzarətin müəyyən edilməsi, eləcə də vahid əlaqələndirmə prosesinin icrası məqsədilə yaradılan İşçi qrupun görüşü keçirilib.

Bu barədə Strateq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikası Dəniz Təhlükəsizliyi Strategiyası”nın tələblərinə əsasən dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyətin təmin olunması məqsədilə yaradılan qrupun işinə Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən I dərəcəli kapitan Zaur Hümmətov rəhbərlik edir.

Görüşdə dəniz təhlükəsizliyinin təmin olunmasının əsas aspektləri və bir sıra digər məsələlər müzakirə olunub.