XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 11:52

Bakıda Efiopiyanın Fəxri Konsulluğu açılıb –Tədbir +FOTO

Səfir: “Ölkələrimiz arasında qədim tarixi və mədəni əlaqələrin mövcuddur”

Efiopiya Federal Demokratik Respublikasının Azərbaycanda fəxri konsulluğunun açılması münasibəti ilə rəsmi qəbul təşkil olunub.

Strateq.az xəbər verir ki, tədbirdə çıxış edən Efiopiyanın Türkiyədəki, eyni zamanda Azərbaycanda akkreditə olunan səfiri Ayaleu Gobezi Vorknyu ölkəsinin Bakıda fəxri konsulluğunun açılmasından məmnunluğunu ifadə edib.

Səfir ölkələrimiz arasında qədim tarixi və mədəni əlaqələrin mövcud olduğunu bildirərək əlavə edib ki, təbii sərvətlərlə zəngin olan Efiopiya Afrikada sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdəndir. Onun finrincə, fəxri konsulluğun açılması ölkələrimiz arasında iqtisadi, mədəni əlaqələrin genişlənməsinə mühüm töhfə verə bilər. Səfir əlavə olaraq bildirib ki, Azərbaycanın Əddis Əbəbə şəhərində səfirliyi fəaliyyət göstərir və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Efiopiyaya səfərindən sonra, iki ölkə arasında münasibətlər daha sürətlə genişlənir. Efiopiya iqtisadiyyatının sürətlə inkişaf etdiyini və hökumətin mütərəqqi proqramlar həyata keçirdiyini vurğulayan Ayaleu Gobezi Vorknyu deyib ki, 150 ölkənin səfirliyi olan Efiopiya zəngin ehtiyatları ilə seçilir:“Efiopiya xarici turistlər üçün yaxşı ölkədir. Qədim tariximiz və zəngin təbiətimiz hər kəs üçün unudulmaz xatirələr vəd edir”.

Fəxri konsul Ceyhun Ələkbərov isə bildirib ki, bu gün Efiopiya ilə Azərbaycan arasında əlaqələr iqtisadi, siyasi cəhətdən inkişaf etməklə, münasibətlər getdikcə dərinləşəcək. C.Ələkbərov qeyd edib  ki, bu sahə ilə bağlı hər iki dövlət başçısının müvafiq qərarları və təpşırıqları var: “Afrika ölkələri Azərbaycan üçün bir açılımdır. Efiopiya Afrikanın ən böyük və ən qədim ölkələrindən biridir. Düşünürəm ki, Efiopiya ilə Azərbaycan arasında əlaqələrin sıx qurulması ölkələrimizin ümumi mənafeyinin xeyrinədir”. Onun  sözlərinə görə, hazırda hər iki arasında qarşılıqlı əməkdaşlığa əsaslanan yeni münasibətlər qurulmaqdadır. Azərbaycan və Efiopiya demokratiya, bazar iqtisadiyyatı, insan haqları və qanunun aliliyi ilə bağlı təməl dəyərlərə, prinsiplərə inanır, onlara sadiqdir. Fəxri konsul əminliklə vurğulayıb ki, hər iki ölkə başçısının siyasi iradəsi və onların birgə səyi nəticəsində əlaqələr bundan sonra davamlı olaraq inkişaf edəcək.

Azərbaycan hökuməti adından çıxış edən XİN-nin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadənin sözlərinə görə, Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir, əlaqələrimiz uzun zamandır mövcuddur: “Hazırda biz əməkdaşlığın yeni səhifəsini açırıq. Azərbaycan və Efiopiya iqtisadiyyat, mədəniyyət sahələrində və digər sahələrdə əlaqələri genişləndirəcək”.

L.SƏMLA

Strateq.az