XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 14:38

Nazir kadr dəyişikliyi etdi –Partlayış baş verən hərbi zavodun baş direktoru işdən çıxarıldı

Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr dəyişikliyi baş verib.

"AzeriDefence” xəbər verir ki, nazirliyin aparıcı müəssisələrindən olan "Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə "Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev təyin olunub. Bununla yanaşı, "Üfiq” İstehsalat Birliyinin strukturlarında da kadr dəyişiklikləri olub.

Qeyd edək ki, son illərdə R. Məmmədovun rəhbərlik etdiyi "Üfiq” İstehsalat Birliyinin müəssisələrində bir neçə hadisə olub. İki il öncə – 2016-cı ildə Birliyin Şirvan şəhərindəki "Araz” zavodunda ölümlə nəticələnən partlayış, fevralın 6-da isə "Radioquraşdırma” zavodunun anbarında yanğın baş verib.

MSN-dən "Azeri Defence”yə kadr dəyişikliyi xəbərini təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, bu günlərdə aparılan kadr dəyişikliyi nəticəsində "Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev "Üfiq” İstehsalat Birliyinə, "Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov isə "Optika-Mexanika” İstehsalat Birliyinə rəhbər təyin edilib.

Mia.az xəbər verir ki, "Üfiq” İstehsalat Birliyi "Optika-Mexanika” İstehsalat Birliyindən dəfələrlə kiçik müəssisədir. Yəni, Ramiz Məmmədovun ora təyinatı cəzalandırma kimi dəyərləndirilə bilər. Görünür, R.Məmmədov nəzarətində olan müəssisələrdə baş verən hadisələrə görə daha geniş səlahiyyətlərdən məhrum edilib.