XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2018 - 15:32

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi işdən çıxarıldı –Yeni təyinat

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılıb.

Strateq.az "Report"a istinadən xəbər verir ki, o, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

İ.Mirzəliyev artıq yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, İsmayıl Mirzəliyev bundan əvvəl Quba Rayon Mərkəzi Xəstəxanasında işləyib.