XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 18:15

“Birgə Komissiyanın növbəti iclası Rusiya ərazisində keçiriləcək” –Azərbaycan XİN

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın beşinci iclasının yekunları haqqında məlumat yayıb.  

Nazirlikdən verilən məlumata görə, fevralın 21-22 Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 5-ci iclası keçirilib.

Bildirilib ki, iclas çərçivəsində Azərbaycan-Rusiya dövlət sərhədində Samur çayının hər iki sahilində ilk demarkasiya sərhəd nişanı quraşdırılıb. Həmçinin demarkasiya prosesinin davam etdirilməsi ilə əlaqədar digər məsələlər də müzakirə edilib: "Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub".

Birgə Komissiyanın növbəti iclasının Rusiya ərazisində keçirilməsi nəzərdə tutulub. İclasın keçirilmə tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq/Report.