XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 19:33

Enerji sektorunda tənzimləyici orqanın fəaliyyəti müzakirə edilib –Energetika Nazirliyində tədbir + FOTO

Energetika Nazirliyində enerji məsələləri üzrə tənzimləyici orqanın yaradılması mərhələsinin ardıcıllığına dair beynəlxalq təcrübənin mübadiləsi məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Bu barədə Energetika Nazirliyindən Strateq.az-a verilən məlumata görə, nazir müavini Samir Vəliyev müstəqil tənzimləyici orqanın yaradılmasını enerji sektorunun liberallaşdırılması və investorların cəlb edilməsi, eləcə də müvafiq sahədə keyfiyyətli xidmətin təmin olunması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirib.

O, kommunal xidmətlər sektorunun inkişafına dair Strateji Yol Xəritəsində əksini tapan bu prioritetin həyata keçirilməsi məqsədilə “Enerji Məsələlərini Tənzimləmə Agentliyi”nin yaradıldığını qeyd edib. Bildirib ki, yeni yaradılmıştənzimləyici orqanının fəaliyyət göstərməsi üçün tələb olunan hüquqi və institusional islahatların hazırlanması və icrasına texniki yardımla bağlı Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində “Tərəfdaşlararası Tənzimləyici Yardım” layihəsi həyata keçirilir.

”Bu layihə bizə Avropa İttifaqına üzv dövlətlərin enerji tənzimləyici orqanlarının təcübəsini öyrənməklə enerji bazarında rəqabət mühitini formalaşdırmağa kömək edəcək”, deyə nazir müavini bildirib.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)Azərbaycan ofisinin rəhbəri İvana Duarte isə Bank və Energetika Nazirliyi arasında imzalanmış Niyyət Protokolunu xatırladaraq, müstəqil tənzimləyici orqanın fəaliyyətinin təmin edilməsi məqsədilə  lazımi dəstəyin veriləcəyini deyib.

Daha sonra Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) ekspertləri Rolands İrklis, Sarin Abado və DanielLeliefeld Latviya, Avstriya və Niderlandın enerji sektorunda tənzimləyici orqanlarının keçdiyi inkişaf yolu, məqsədləri, funksiya və vəzifələri barədə təqdimatlarla çıxış ediblər. Bildirilib ki, tənzimləyici orqanının yaradılması uzun bir proses olsa da, enerjinin topdansatış, ötürmə, paylama və pərakəndə satış həlqələrinin bir-birindən ayrılmasını təmin etməklə bazarda rəqabətin, sabit vəziyyətin  formalaşmasına və investisiya cəlbinə əsas yaradır. Bu orqanın tarif müəyyənləşdirməsi, qanun və qaydaların hazırlanmasında iştirakı, monitorinq və nəzarət vasitəsi ilə izlədiyi başlıca məqsədistehlakçıların marağının qorunmasından ibarətdir.