XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 20:06

Şahin Mustafayev Misir prezidenti ilə görüşdü –Müzakirə + FOTO

Bu gün Misir prezidenti Əbdülfəttah əs-Sisi bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevi qəbul edib.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə, nazir Şahin Mustafayev Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və məktubunu Misir prezidentinə çatdırıb.

Nazir qeyd edib ki, Azərbaycan ilə Misir arasında hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin bərpası hər iki ölkənin iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verən Ş. Mustafayev vurğulayıb ki, bu islahatlar nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb.