XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 21:10

Təyyarələrdə mobil operatorların xidmətləri dayandırılıb –Səbəb Binə qəsəbəsinin əhalisidir

Azərbaycanın mobil operatorları tərəfindən təyyarələrdə xidmətlərin göstərilməsinin dayandırılmasına səbəb Binə qəsəbəsində yaşayan abunəçilərin SIM kartlarının təyyarələrin göyərtəsindəki şəbəkə qurğularına avtomatik qoşulması problemi ilə bağlıdır.

Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Məlumatda qeyd olunur ki, bu problemlə əlaqədar olaraq hava limanı yaxınlığında yaşayan abunəçilər zəngləri göyərtədəki qurğulara uyğun olaraq yüksək rouminq tarifləri ilə edirdilər:

“Göyərtə qurğularının siqnalı o qədər güclüdür ki, bütün Binə qəsəbəsinin ərazisini əhatə edir. Ona görə də sakinlər tez-tez operatorlara şikayət edirdi. Bunları nəzərə alaraq, təyyarədə mobil xidmətlərin göstərilməsi dayandırılıb”.

Qeyd edək ki, bundan əvvəl yerli mobil operatorlar 30 aviaşirkətə məxsus təyyarələrdə xidmət göstərirdi.