XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

24 Fevral 2018 - 11:05

Azərbaycanda ilk ödənişli yolun tikintisi nə vaxt yekunlaşacaq- Tarix açıqlandı

Azərbaycanda ilk ödənişli yolun tikintisi 2020-ci ilin əvvəlində yekunlaşacaq.

Azərtac xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, Bakı-Rusiya sərhədi arasında tikiləcək yeni avtomobil yolunun tikintisi 2020-ci ilin əvvəllərində başa çatacaq. Bakı-Rusiya sərhədinin 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən 208-ci kilometrə qədər olan məsafəni əhatə edən yolun tikintisinə artıq başlanılıb. Gələcəkdə bu yol Azərbaycanda ilk ödənişli yol olacaq.