Fevralın 24-də “Səbail”-“Qəbələ” qarşılaşması ilə futbol üzrə Topaz Premyer Liqasının XVII turuna start verilib.
Azərtac xəbər verir ki, “Bayıl Arena”da keçirilən oyunda gözlənilməz nəticə qeydə alınıb, “Səbail” komandası “Qəbələ”ni məğlub edib.
Görüşdə hesab matçın 26-ci dəqiqəsində açılıb. Vitali Vernidubun avtoqolu “Səbail”i hesabda irəli çıxarıb. Birinci hissə bu hesabla başa çatıb.
Qarşılaşmanın 56-cı dəqiqəsində “Səbail” ikinci topu qonaqların qapısından keçirib. Fəhmin Muradbəyli hesabı artıraraq adını tabloya yazdırıb – 2:0.
Qoldan sonra irəli atılan “Qəbələ” buraxılan toplardan birinin əvəzini çıxıb. Oyunun 68-ci dəqiqəsində “Qəbələ”nin fransalı hüçumcusu Daqali Dabo adını tabloya yazdırıb – 2:1.
Komandaların səylərinə baxmayaraq, qalan dəqiqələrdə hesab dəyişməyib və görüş “Səbail”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra “Səbail” 35 xalla altıncı pillədəki yerini möhkəmləndirib. “Qəbələ” klubu isə 35 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.