XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

25 Fevral 2018 - 10:09

Rusiyalı idmançılara bağlanış mərasimində öz bayraqları ilə keçmələrinə icazə verilmədi –Qərar

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi rusiyalı idmançılara 2018-ci il Qış Olimpiya Oyunlarının bağlanış mərasimi zamanı öz bayraqları altında keçid etmələrinə icazə verməyib.

Bu barədə qərar BOK-un Pxençxanda keçirilən sessiyası zamanı qəbul olunub.

Komitə üzvləri Rusiya Olimpiya Komitəsinə qarşı tətbiq edilən diskvalifikasiyanın tezliklə aradan qaldırılmasına yekdilliklə səs veriblər.

Bununla belə səsvermə zamanı müəyyən edilib ki, diskvalifikasiya Olimpiada-2018-in bağlanış mərasiminə qədər ləğv edilməyəcək/Report.