XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

16 Aprel 2015 - 07:10

Hüquq müdafiəçisi Rəsul Cəfərova altı il həbs VERİLDİ– Qərarın MƏTNİ

resul ceferov.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri, hüquq müdafiəçisi Rəsul Cəfərova hökm oxunub.

“Strateq.az“-ın məlumatına görə, onun vəkili Fariz Namazlı hökm barədə açıqlama verib.

Məhkəmənin hökmü ilə R.Cəfərov 6 il 6 ay azadlıqdan məhrum edilib.

Cinayət işi ilə bağlı məhkəmə qərarını təqdim edirik:

“Həmin cinayət işi Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatlarının, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilən qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən daxil olan materiallar əsasında 2014-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313-cü maddələri ilə başlanmış və istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılmışdır.

Istintaq zamanı toplanmış sübutlara əsasən hüquqi qeydiyyatı olmayan “İnsan hüquqları klubu” ictimai birliyinin həmtəsisçisi və sədri Cəfərov Rəsul Ağahəsən oğlunun qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək külli miqdarda gəlir əldə etməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsinə ödənilməli olan xeyli miqdarda vergiləri ödəməkdən yayınması müəyyən edilmişdir.

İttiham aktına əsasən, Rəsul Cəfərovun törətdiyi cinayət əməlləri onun özünün, zərər çəkmiş və şahid ifadələri, üzləşdirmə, baxış, axtarış və götürmə protokolları, yoxlama aktları, ekspertiza rəyləri, rəsmi sənədlər və işin digər faktiki halları ilə kifayət qədər təsdiq olunmuş, ona görə də 12 dekabr 2014-cü il tarixdə onun Azərbaycan Respublikası CM-nin 179.3.2 (külli miqdarda özgə əmlakını mənimsəmə), 192.2.2 (külli miqdarda gəlir əldə etməkə qanunsuz sahibkarlıq), 213.1 (xeyli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində olunması barədə qərar qəbul edilmiş, CM-nin həmin maddələri ilə ittiham elan edilmiş və barəsində Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.

Rəsul Cəfərova elan edilmiş ittihamlarda göstərilmişdir ki, o, 10 dekabr 2010-cu il tarixdə Bakı şəhərində təsis olunmuş “İnsan hüquqları klubu” adlı quruma təsisçilərin ümumi yığıncağının həmin tarixli qərarı ilə sədr vəzifəsinə seçilərək 13 iyun 2000-ci il tarixli “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə zidd olaraq dövlət qeydiyyatına alınmadan qeyri-hökumət təşkilatı adı altında hüquqi şəxs statusunda fəaliyyət göstərərək beynəlxalq və xarici dövlətlərin donor təşkilatlarından müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan müqavilələr üzrə qrant adı ilə külli miqdarda maliyyə vəsaitləri alıb, özünü təşkilati-sərəncamverici funksiyaları həyata keçirən layihə rəhbəri təyin etməklə həmin pul vəsaitlərini təyinatı üzrə istifadə etməyib müxtəlif vəzifələrə işçilər cəlb edərək guya xidmətlərin göstərilməsi, işlərin görülməsinə görə xidmət haqlarının ödənilməsi barədə tərəflərin razılaşdırdıqları məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş rəsmi sənəd olan müqavilə, təhvil-qəbul aktı, kassa məxaric orderləri və mədaxil qəbzləri əsasında 2010-2014-cü illər ərzində 150 636,37 manat məbləğində külli miqdarda pul vəsaitini mənimsəmə yolu ilə talamış, müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə özünü təşkilati-sərəncamverici funksiyaları həyata keçirən layihə rəhbəri təyin etməklə müxtəlif vəzifələrə işçilər cəlb edərək özünə, eləcə də layihələrə cəlb edilmiş digər şəxslərə xidmət və əmək haqları adı ilə pul vəsaitlərinin ödənilməsini təşkil edib, qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 150 170,62 manat məbləğində külli miqdarda gəlir əldə etməklə fiziki və hüquqi şəxslərin, eləcə də cəmiyyətin və dövlətin iqtisadi maraqları üzrə hüquq və mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, qulluq səlahiyyətlərindən tamah niyyəti ilə sui-istifadə edib vəzifə saxtakarlığı ilə qanunsuz sahibkarlıqla məşğul olaraq 6 257,11 manat xeyli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Məhkəmənin hazırlıq iclası 15 yanvar 2015-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı 27 yanvar 2015-ci il tarixdən başlanmışdır.

Rəsul Cəfərovun ona elan olunmuş cinayətləri törətməsi həmçinin məhkəmə istintaqında tədqiq olunmuş onun özünün, zərərçəkmiş şəxs qismində tanınmış İmranlı Nicat Cavanşir oğlunun, Cəbiyev Anar Rizvan oğlunun, Əhmədov Cahangir Kazım oğlunun, Verdizadə Seymur Vaqif oğlunun, Heybətov Əhməd Nurəddin oğlunun, şahid qismində dindirilmiş Kryuçkina Tatyana Vladimirovnanın, Qasımov Azər Alxan oğlunun, Novruzov Əli Səidqulu oğlunun, Xəlilov Həmid Cəfər oğlunun, Ələsgərov Rüfət Azər oğlunun, Həsənov ülvi Fəxrəddin oğlunun, Namazov Şahvələd Abutalıb oğlunun, Əzizov Pərviz Əmrah oğlunun, Sadiqov Elçin Əli oğlunun, Məmmədov Elnur Akif oğlunun, İsmayılova Günay Abid qızınun, Qurbanov Cavid Camal oğlunun, Şirinov Rəşad Ramiz oğlunun ifadələri, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 01 avqust 2014-cü il tarixli qərarına əsasən yaradılmış Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti nümayəndələrinin iştirakı ilə olan yoxlama komissiyasının 14 noyabr 2014-cü il tarixli aktı, məhkəmə-xəttşünaslıq ekspertizasının 03 noyabr 2014-cü il tarixli 19472 №-li, 05 dekabr 2014-cü il tarixli 22294 №-li rəyləri, məhkəmə-mühasibatlıq ekspertizasının 09 dekabr 2014-cü il tarixli 22275 №-li rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 04 avqust 2014-cü il tarixli 11/2442 №-li məktubu, cinayət işi materiallarına əlavə olunmuş qrant müqavilələri və bank sənədləri-məxaric orderləri, kassa çek vərəqləri ilə və cinayət işinə əlavə olunmuş digər sənədlərlə kifayət qədər təsdiq olunmuşdur.

Ona görə də, məhkəmədə iştirak edən dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxs Rəsul Cəfərovun Azərbaycan Respublikası CM-nin 179.3.2, 192.2.2, 213.1, 308.2, 313-cü maddələri ilə təqsirli bilinib, cinayətlərin məcmusu üzrə 3 il müddətə dövlət və özünü idarəetmə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar vəzifələr tutmaq hüquqlarından məhrum edilməklə 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi təklif edilmişdir.

Bu gün hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, R. Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.