XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

25 Fevral 2018 - 13:34

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 26-da bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 26-də arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 7 dərəcyədək isti, gündüz 4-15 dərəcə isti olacağı gözlənilir.