XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

25 Fevral 2018 - 15:39

Bakıda 300 polis qan verdi –FOTOLAR

Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə Binəqədi Rayon Polis İdarəsi rəhbərliyinin təşkilatçılığı ilə idarənin inzibati binasında anım mərasimi keçirilib.

Tədbirdən əvvəl idarənin şəxsi heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinə təşkil olunan və həmin dəhşətli gecəni özündə əks etdirən foto stendə baxış keçirərək faciə qurbanlarını anıblar. Anım mərasimi Xocalı faciəsi qurbanları və Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov Xocalı soyqırımının bəşər tarixində baş vermiş ən faciəvi hadisələrdən biri olduğunu deyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb.

Tədbirdə Azərbaycan Respublikasının əməkdar müəllimi, tarixçi Elxan Kərimov, həmçinin idarənin digər əməkdaşları çıxış edib, Xocalı soyqırımının günahkarlarının beynəlxalq məhkəməyə verilməsini, tarix qarşısında cavab vermələrini tələb ediblər.

Sonda Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar olaraq Binəqədi Rayon Polis İdarəsində qanvermə aksiyası keçirilib. Polis İdarəsinin 300-ə yaxın şəxsi heyəti aksiyada könüllü şəkildə iştirak edib. Qeyd edək ki, aksiya zamanı toplanan qan Mərkəzi Qan Bankına təhvil verilib.(lent.az)