XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2018 - 18:38

Putin Merkellə Makrona zəng etdi –Suriya müzakirəsi

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin mətbuat xidmətindən informasiya yayılıb.

Liderlərin telefon danışığı zamanı BMT-nin Suriyada bir aylıq atəşkəs elan edilməsi ilə bağlı qətnaməsi və Şərqi Qutadakı vəziyyət müzakirə edilib. Putin həmçinin Merkel və Makrona Rusiyanın Suriyada həyata keçirdiyi dinc sakinlərin təxliyə prosesi və humanitar yardımların çatdırılması barədə informasiya verib/Axar.az.