XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

25 Fevral 2018 - 23:46

“Salih Müslümün Türkiyəyə ekstradisiyasına çalışırıq” –Baş nazirin müavini

Ankara Praqada saxlanılan PKK-nın Suriya qolu olan PYD-nin sabiq rəhbəri Salih Müslümün Türkiyəyə ekstradisiya edilməsinə nail olmağa çalışır. 

Bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdaq bildirib. 

Onun sözlərinə görə, Türkiyə DİN, XİN və Ədliyə Nazirliyinin hazırda bu istiqamətdə çalışdığını qeyd edib. 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Şanlıurfqada çıxışı zamanı Salih Müslümün saxlanılmasını alqışlayaraq, onun tezliklə ölkəyə ekstradisiya olunmasına ümid etdiyini bildirib. 

Qeyd edək ki,  PYD-nin sabiq rəhbəri fevralın 24-də Türkiyənin sorğusu əsasında İnterpol xətti ilə Praqada saxlanılıb.  

Bundan əvvəl Türkiyə hökuməti S.Müslümün saxlanılması üçün 4 milyon lirə mükafat vəd etmişdi.

APA