XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

26 Fevral 2018 - 19:13

Nizami polisində Xocalı ilə bağlı anım tədbiri keçirilib –FOTO   

Nizami Rayon Polis İdarəsində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

İdarənin rəisi, polis polkovniki Ədalət Abbasov bildirib ki, Ermənistanın millətçi rejiminin Xocalıda törətdiyi qeyri-insani hərəkətlər isə bütün əxlaq, mənəviyyat normalarına ziddir: “Körpələri, uşaqları, qadınları, qocaları, yaralı döyüşçüləri faşist üsulları ilə qətlə yetirmək, dinc, əliyalın insanları yalnız azərbaycanlı olduqları üçün işgəncələrə məruz qoymaq bütün sivil dəyərlərə həyasızcasına meydan oxumaqdır”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan xalqı 200 il ərzində erməni şovinistləri tərəfindən davamlı olaraq, etnik təmizləməyə, soyqırıma məruz qalmışdır. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan yüz minlərlə soydaşımız öz tarixi torpaqlarından qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr növbəti dəfə kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, Xocalı adlı bir şəhərin xəritədən silinməsi ilə tarixin qan yaddaşına yazılıb.

Hadisələrin canlı şahidi, “Xocalı Soyqrımı Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Nizami RPİ-nin Təşkilati inispektor qrupunun baş inispektoru Rəhman İsmayılov o qanlı gecədə baş verənləri, polis əməkdaşlarının şəhəri, dinc əhalini qorumaq, düşmənə daha çox itki vermək üçün göstərdikləri qəhrəmanlıqlar barədə xatirələrini danışıb.

Sonra hücum zamanı erməni faşistlərinə əsr düşmüş Dürdanə əsirllikdə onların başına açılan müsibətlərdən danışdı.

Həmin vaxt Xocalı Telefon Qovşağında operator işləyən 20 yaşlı Dürdanə Ağayeva  qardaşıyla birlikdə əsr düşüb. Onun danışdıqlarına ürək ağrısız qulaq asmaq mümkün deyildi. Dürdanə xanım gördüklərini və yaşadıqlarını qələmə alaraq “Erməni zindanında səkkiz gün” adlı kitabını Türkiyədə çap etdirib. Sonra həmin kitab Heydər Əliyev Fondunun köməkliyi ilə rus dilinə tərcümə olunub.

Anım mərasiminə yekun buran polis polkovniki Ədalət Abbasov Azərbaycan dövlətinin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl siyasət həyata keçirdiyini qeyd edib, bunun nəticəsi olaraq, dünyanın onlarla parlamentinin, Xocalı qətiliamının soyqırım aktı kimi tanıdığını, 6 ölkədə şəhid şəhərin xatirəsinə 9 abidə ucaldıldığını diqqətə çatdırıb.