XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

27 Fevral 2018 - 12:41

Rezidenturaya qəbul üzrə qeydiyyat davam edir –Martın 3-də sınaq imtahanı olacaq

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə yeni sınaq imtahanına qeydiyyat davam edir.

DİM-dən Strateq.az-a verilən məlumata görə, sınaq imtahanı 3 mart 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və 1-ci növbə imtahanı saat 10:00-da, 2-ci növbə isə saat 14:00-da başlayacaq:

"Sınaq imtahanında iştirak etmək istəyən namizədlər müvafiq olaraq 3 mart saat 09:00 və 13:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır".

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.