XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2018 - 17:03

Kəmaləddin Heydərov vətəndaşlarla görüşdü –Lənkəranda qəbul

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Lənkəran şəhərində Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Lənkəran rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Strateq.az FHN-ə istinadən xəbər verir kii, nazir tərəfindən qəbul edilən 18 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 68, digər məsələlərlə bağlı müraciət etmiş 31 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.