XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

27 Fevral 2018 - 20:14

Məşhur futbolçu diskvalifikasiya olunub –6 aylıq

UEFA-nın İntizam Komitəsi anti-dopinq qaydalarını pozduğuna görə Fransa yığmasının sabiq futbolçusu Samir Nəsrinin 6 ay müddətinə diskvalifikasiyasını təsdiqləyib.

31 yaşlı yarımmüdafiəçi qadağan olunan terapiya metodunun istifadəsində təqsirli bilinib. 

Futbolçunun apellyasiya şikayəti vermək hüququ var.

Qeyd edək ki, S.Nəsri karyerası ərzində Fransanın “Marsel”, İngiltərənin "Arsenal”, "Mançester Siti”, İspaniyanın "Sevilya” və Türkiyənin “Antalyaspor” komandalarında çıxış edib. Bu ilin yanvar ayından etibarən klubsuz qalan yarımmüdafiəçi 2007-2013-cü illərdə Fransa yığmasının formasını geyinib/Report.