XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

28 Fevral 2018 - 11:16

Bakı şəhər kartının vaxt limiti və qiymətləri- Açıqlandı

"Bakı şəhər kartının vaxt limiti olacaq, amma həmin müddətdə xidmətlərdən limitsiz istifadə edə biləcək".

Trend-in məlumatına görə, bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

K.Quluzadə bildirib ki, kartlar həm yerli, həm də xarici vətəndaşlar üçün istifadəyə veriləcək.

Kartlar 24, 72 saatlıq və 1 həftəlik olacaq. Qiymətə gəldikdə isə, bu kartlar 35, 60 və 90 manatlıq nəzərdə tutulub:

"Belə bir kart dünya təcrübəsində var. Bakıda da belə bir karta çoxdan ehtiyac var idi. Kart sahibləri ictimai nəqliyyat və muzeylərdən istifadə edə biləcək".