XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

28 Fevral 2018 - 11:45

BNA:"İl ərzində 700-dən çox nəqliyyat vasitəsi kart sisteminə keçəcək"

Bakı Nəqliyyat Agentliyi bu il ərzində 700-dən çox nəqliyyat vasitəsini kart sisteminə keçirməyi nəzərdə tutur.

Trend -in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin direktorunun müşaviri Mübariz Abbasov deyib.

Onun sözlərinə görə, nağdsız ödəniş sistemi nəqliyyat sistemində şəffaflığı təmin edir:"Bu sistem sürücü məsuliyyətini artırır. Sürücü artıq sovet dövründən qalma "plan vermə" sistemi ilə işləmir".

M.Abbasov bildirib ki, Bakı Nəqliyyat Agentliyi fəaliyyəti dövründə 50-dən çox yeni nəqliyyat vasitəsi gətirib.

Direktor müşaviri əlavə edib , dövlət tərəfindən 300-350 nəqliyyat vasitəsinin gətirilməsi planlaşdırılır.