XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

28 Fevral 2018 - 16:20

FİFA Azərbaycanı transferlərdən ən çox xərcə düşən 15 ölkə sırasına daxil edib- SİYAHI

FIFA 2017-ci ildə klubları beynəlxalq transferlərdən ən çox xərcə düşən və gəlir götürən ölkələrin siyahısını açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan ən çox xərcə düşənlərin "Top-15"liyində yer alıb. Ölkə klublarının transferlərdən ümumi gəlir və xərcləri arasında 4,7 milyon dollarlıq kəsir yaranıb. Nəticədə Azərbaycan 14-cü pillədə qərarlaşıb. Bu siyahıya 988,1 milyon dollarla İngiltərə başçılıq edir. İkinci sıradakı Almaniyada bu rəqəm 237,8 milyon dollardır. Çin klublarının xərci isə 227 milyon dollar təşkil edib.

Klubları ən çox gəlir gətirən ölkələrin siyahısına Portuqaliya başçılıq edir – 707,5 milyon dollar. Braziliya 226,9 milyon dollar, Hollandiya isə 176,6 milyon dollar qazanıb. Bu ölkələr, müvafiq olaraq, 2 və 3-cü sıralarda yer alıblar.

Ən çox xərcə düşən ölkələr

1. İngiltərə – 988,1 (milyon dollar)

2. Almaniya – 237,8

3. Çin – 227

4. Fransa – 215,9

5. İtaliya – 145,7

6. ABŞ – 66,3

7. Rusiya – 61,9

8. Türkiyə – 57,1

9. Hindistan – 36,3

10. Yaponiya – 30,5

11. Səudiyyə Ərəbistanı – 24,1

12. Şotlandiya – 12,9

13. Meksika – 7,7

14. Azərbaycan – 4,7

15. Anqola – 3,9

Ən çox gəlir götürən ölkələr

1. Portuqaliya – 707,5

2. Braziliya – 226,9

3. Hollandiya – 176,6

4. Argentina – 162,1

5. İspaniya – 110

6. Belçika – 87,9

7. Avstriya – 62,6

8. Ukrayna – 59,3

9. Xorvatiya – 51,8

10. İsveç – 37,5

11. Yunanıstan – 36,8

12. İsveçrə – 36

13. Uruqvay – 35,1

14. Polşa – 25,6

15. Serbiya – 23,6.