XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

28 Fevral 2018 - 17:30

Məleykə Abbaszadə:"Dövlət qulluğunun müsahibə mərhələsinə qeyri-ciddi yanaşılır"

“Dövlət qulluğuna qəbulla bağlı test imtahanından sonra təşkil edilən müsahibələrlə bağlı qanunvericiliyə bəzi dəyişikliklər ediləcək”.

 Bunu APA-ya Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Dövlət qulluğuna işə qəbulla bağlı test imtahanında iştirak edərək sertifikat əldə edən hər bir şəxsin 5 il ərzində müsahibələrdə iştirak edə biləcəyini xatırladan DİM sədrinin sözlərinə görə, Mərkəzin saytında dövlət qulluğuna işə qəbul imtahanı ilə bağlı cədvəllər yerləşdirilib: “Həmin cədvələ baxan şəxs rahatlıqla görə bilər ki, neçə namizəd müsahibə üçün qeydiyyatdan keçib, onlardan neçəsi müsahibədə iştirak etməyib. İnsanlar müsahibəyə yazılır və biz bununla əlaqədar hazırlıq işləri görürük. Dövlət İmtahan Mərkəzi müsahibə üçün regionlara öz ekspertlərini, dövlət qurumları isə öz nümayəndələrini ezam edirlər. Bizim regionlardakı işçilərimiz də bu prosesə cəlb olunur. Amma bəzi namizədlər müsahibədə iştirak etmir. İştirak edən namizədlərin də bir çoxu bu prosesə qeyri-ciddi yanaşırlar. Onlar 5 illik sertifikat əsasında növbəti müsahibələrdə iştirak edə biləcəklərini, burada hər dəfə bir az təcrübə topladıqlarını və nə vaxtsa işə qəbul olunacaqlarını düşünürlər”.