XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

28 Fevral 2018 - 20:27

Səfir:"Türk Hava Yolları" şirkəti Azərbaycandan uçuşları artıracaq"

"Türk Hava Yolları" şirkəti 2017-ci ildə Azərbaycandan 300 mindən çox sərnişin daşıyıb". 

"Report" xəbər verir ki, bunu THY-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Seyfullah İlyas deyib.

Onun sözlərinə görə, Türk Hava Yolları Rusiyanın Krasnodar vilayətinə də yeni reys açıb.

"Ötən il 60 mln. sərnişin daşımışıq. Bu il üçün isə hədəf 75 mln. nəfər olacaq", – şirkət rəsmisi bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə vurğulayıb ki, THY Azərbaycandan uçuşları artıracaq: "Bundan 10 il əvvəl Azərbaycandan gündə bir aviareys həyata keçirilirdi. Amma indi gündə 4 dəfə uçuş var. Aviareyslərin sayı artırılacaq. Həmçinin Bakıdan Türkiyəyə uçuş istiqamətlərini də artırmaq niyyətindəyik".